Prezident İlham Əliyev iyunun 27-də Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin".