Prezident İlham Əliyev İsbi Babaxanova “Əməkdar həkim” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə İsbi Salman oğlu Babaxanova “Əməkdar həkim” fəxri adı verilsin".