Prezident İlham Əliyev iyunun 29-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da var.
Prezidentin sərəncamı ilə polis polkovniki Həsənov Qasım Həsən oğlu, polis polkovniki Mustafayev Mustafa Vəli oğlu “Vətən uğrunda” medalı ilə, polis mayoru Əliyev Taryel Məmməd oğlu isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər.