Prezident Naxçıvanın diplomatik xidmət orqanları əməkdaşlarını təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları da var.

Prezidentin sərəncamı ilə Ələkbərli Vüsal Ziyad oğlu və Cəfərov Nadir Yavər oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: