Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun11-də “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Sərəncam  imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir: 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə:

Əliyev Rauf Cəlil oğlu

Hüseynov Nail Ağəli oğlu

Qafarov Toğrul Hüseyn oğlu

Mahmudov Vüsal Yusif oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".

Qeyd edək ki, bu il "Kanal 35" televiziyasının yaradılmasının 15 ili tamam olur. Təltif olunan şəxslər "Kanal 35" televiziyasının əməkdaşlarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: