Azərbaycan prezidenti İlham Əliyev Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda qeyd edilir ki, “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Vud Endryu Marli “Dostluq” ordeni ilə təltif edilsin.