Prezident İlham Əliyev beş ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir sıra Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.
Dövlət başçısı iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas, Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusof, İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre, Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq, Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnamələrini qəbul edib.