Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayev Xanlar Ağakərim oğlu
Həsənov Mahir Məhəmməd oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu".