Azərbaycanın kino xadimləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Əlizadə Oqtay Mahmud oğlu
Rzayev Nazim İsrafil oğlu".