Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar müəllim”
Quliyeva Şöhrət Rüfət qızı
“Əməkdar həkim”
Məmmədov Fariz Nurəddin oğlu – tibb xidməti polkovnik-leytenantı
Abasov Rahil Fəyaz oğlu – tibb xidməti mayoru
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Mirzəyev Elşən Cəbrayıl oğlu – polkovnik
Həsənov Adil Məmməd oğlu
“Əməkdar mühəndis”
Mustafayev Elman Tapdıq oğlu – polkovnik
Yusifov Azər Əlfrat oğlu".