Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

A- A A+

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkib. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırladıb.

İsveçrə şirkəti tərəfindən Naxçıvanda Günəş elektrik stansiyasının qurulduğunu, eləcə də bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Ali Məclisin Sədri əminliyini bildirib ki, xanım Muriel Peneveyrenin səfəri də əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.

Diplomatik fəaliyyəti müddətində ilk rəsmi səfərini Naxçıvan Muxtar Respublikasına etdiyini bildirən xanım Muriel Peneveyre göstərilən diqqətə görə minnətdarlıq edib. Səfir qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunub, əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirib.

İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavini xanım Simon Hayberli görüşdə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: