Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevda Əli qızı
Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Tariyel qızı
Zahid Azad Vasif oğlu".