Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində fərqlənən Rüxsarə Hüseynova da var.
Prezidentin sərəncamı ilə Hüseynova Rüxsarə Hüseyn qızına “Əməkdar müəllim” fəxri adı verilib.
Qeyd edək ki, Rüxsarə Hüseynova Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.