Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində fərqlənən Nüsrət Məmmədov da var.
Prezidentin sərəncamı ilə Məmmədov Nüsrət Cəfər oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Nüsrət Məmmədov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.