Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin yaradılması haqqında Sərəncam  imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir: 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikanın Süni Mayalanma Mərkəzi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: