Naxçıvan şəhərində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb

A- A A+

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Ulu Öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirib. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. NUHÇIXAN xəbər verir ki, sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, muzey otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə  dair bukletlər müxtəlif guşələrdə sərgilənir.  

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Mədəniyyət Nazirliyinə muzey fondunun zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tariximizin, görkəmli şəxsiyyətlərimizin və milli dəyərlərimizin öyrənilməsi sahəsində görülən işlərə görə muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: