Prezident İlham Əliyev üç ölkənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNƏCƏK - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin sentyabrın 24-də Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini qəbul edib.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.