Prezident İlham Əliyev oktyabrın 3-də Azərbaycan Respublikasının təhsil işçilərinin “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də var.
Prezidentin Sərəncamı ilə Bağırova Səhnə Novruzəli qızı, Əhmədova Şükufə Qəşəm qızı, Fərzəliyev Yusif Xanlar oğlu, Mustafayeva Fatma Xəlil qızı “Əməkdar müəllim” fəxri adı ilə, Əkbərova Bilqeyiz İsmayıl qızı, Heydərov Murad Paşa oğlu, Həsənov Səyyad Qafar oğlu, İsmayılov Malik Hüseyn oğlu isə “Tərəqqi” medalı ilə təltif olunublar.
Həmin şəxslər Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təltif ediliblər.
Qeyd edək ki, 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” Azərbaycanda da hər il qeyd olunur.