Prezident İlham Əliyev Sabir Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilsin".