Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTOLAR
Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.
Sonra birgə foto çəkdirildi.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzuladı.
Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi.