Prezident İlham Əliyev gənc şahmatçı Aydın Süleymanovu dünya çempionatındakı qələbəsi münasibətilə təbrik edib

A- A A+

Prezident İlham Əliyev gənc şahmatçı Aydın Süleymanova təbrik məktubu göndərib.

NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir: "Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: