Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:
Ağayeva Tünzalə Qabil qızı
Mirbabayev Mir Yusif Mir Heydər oğlu
Nəcəfova Röyalə Yaqub qızı".