Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlıda kənd mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, kitabxana və zal yerləşir. Kitabxana fondunda 2811 kitab vardır. Baytarlıq məntəqəsi soyuducu və dərmanlarla təmin edilib.
Kənddə yeni poçt bölməsi yaradılıb. Rabitə evində poçtun fəaliyyəti üçün bütün tədbirlər görülüb, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb.
Yeni Azərbaycan Partiyası Muğanlı kənd ərazi ilk təşkilatının sədri Asəf Babayev deyib: Muğanlı müasir inkişaf dövrünü yaşayır. Kənddə istifadəyə verilən sosial obyektlər sakinlərin razılığı ilə qarşılanır. Partiya üzvlərinin sayı ilbəil artır. Hazırda ərazi ilk təşkilatının 79 üzvü vardır ki, onların da 37-si gənc, 21-i isə qadındır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə edilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıqlar verib.
Binanın həyətində də abadlıq işləri aparılıb.