Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub - FOTOLAR
Yol infrastrukturu muxtar respublikada aparılan quruculuq işlərinin əsasını təşkil edir.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğanlı-Alışar kənd yolunun açılışını edib.
Bildirilib ki, 11,5 kilometr uzunluğundakı yolun yatağı genişləndirilərək yenidən qurulub, asfalt örtük salınıb. Həmçinin 4 kilometrlik yolda təmir işləri görülüb, qum-çınqıl qatı verilib. Tikinti işləri aparılarkən yolun üzərində 31 su keçidi qoyulub, 773 metr beton kanal çəkilib.