Gülşənabad kənd avtomobil yolu yenidən qurulub - FOTOLAR

A- A A+

Kəndlərin inkişafının əsas cəhətlərindən biri də müasir yol infrastrukturudur. Hər il muxtar respublikanın kəndlərində digər sosial obyektlərlə yanaşı, rahat və abad yollar da istifadəyə verilir.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülşənabad kənd avtomobil yolunun açılışını edib.

 Bildirilib ki, 2,8 kilometrlik kənd yoluna asfalt örtük salınıb, 1 kilometrə yaxın yolda təmir işləri aparılıb. Yolun tikintisi zamanı 980 metr beton su kanalı çəkilib, körpü əsaslı təmir edilib, 65 su keçidi qoyulub, 1 kilometr məsafədə sahilbərkitmə işləri aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: