Prezident İlham Əliyev oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Abdullayev Kyazım Ənvər oğlu
Nurzadə Əli Qayıb oğlu
“Əməkdar artist”
Abdullayev Mətləb Fətəli oğlu
Babayeva Əminə Ağahüseyn qızı
Bəxtiyarov Rəşad Bəhram oğlu
Qarayev Elnar Cəfər oğlu".