Prezident İlham Əliyev oktyabrın 31-də kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi və təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində fərqlənən şəxslər də var.
Prezidentin sərəncamı ilə Hacıyev Rahət Tofiq oğlu “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə, İmanov Vilayət Yəhya oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə, Babayev Nizami Məmməd oğlu, Hüseynov Yenibar Sevindik oğlu, Kamalov Əsəd Qəzənfər oğlu və Mehdiyev Valeh Seyfulla oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər kənd təsərrüfatının inkişafında xidmətlərinə görə təltif ediliblər.