Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 4-də “Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında  Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvanpoçt” publik hüquqi şəxsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər  məsələləri həll etsin".

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: