Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib - VİDEO

A- A A+

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə bayrağımız qəbul edilib. Lakin cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız Azərbaycanda ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında qaldırılıb və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq təbiətin qorunması qayğısına qalıb. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür.

NUHÇIXAN xəbər verir ki, noyabrın 9-da muxtar respublikada Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib, Naxçıvan şəhərində yeni badam bağı salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.

Məlumat verilib ki, bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektara yaxın sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaq, bərpa əkinləri aparılacaqdır. Əkin zamanı 125 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən istifadə olunacaqdır.

Yeni salınan badam bağı 55 hektardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri ərazinin 15 hektarında 3 mindən artıq badam tingi əkiblər.

Ali Məclisin Sədri mövsüm ərzində badam bağında əkin işlərinin başa çatdırılması və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə ümumilikdə 22 mindən artıq sakin iştirak edib, 30 hektar yeni meyvə bağı və yaşıllıq zolağı salınıb, 6 hektarda bərpa əkini aparılıb, 20 mindən artıq müxtəlif meyvə və meşə tingi əkilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: