Mayis Əliyev Muxtar Respublikanın ekologiya və təbii sərvətlər naziri təyin edildi - FƏRMAN

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 8-də Mayis Əliyevin  Naxçıvan Muxtar Respublikasının  ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mayis Abazər oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının  ekologiya və təbii sərvətlər naziri təyin edilsin”.

Qeyd edək ki, Mayis Əliyev  bundan əvvəl  həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: