Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 12-də Ramin İsmayılovun Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi təyin edilməsi haqqında Fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi təyin edilsin".