Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, görüşdə dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olunub.
Söhbət zamanı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələri, o cümlədən məscidləri məhv etməsi vurğulandı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və işğalçı Ermənistanla diplomatik əlaqə qurmadığına görə Səudiyyə Ərəbistanının mövqeyi yüksək qiymətləndirilib.