NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər bir sərəncamla Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.