Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar bir qrup şəxsə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Babayeva Ofelya Hacıməmməd qızı
Quliyev Təbrik Müzəffər oğlu
Maxsudov Maxsudəli Abbas oğlu
Şəfiyev Əşrəf Cavad oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".