Ali Məclisin Sədri Fərman imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 26-da Rauf Əliyevin Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rauf Feyzulla oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilsin".

Qeyd edək ki, Rauf Əliyev bundan əvvəl “Şərq qapısı” qəzeti redaksiyasında baş redaktorun müavini vəzifəsində çalışıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: