Eldar Nuriyev Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev noyabrın 29-da Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".