Şahin Əliyev Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Şahin Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilsin.