Kərəm Həsənov Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Kərəm Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilsin.