Hikmət Hacıyev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.