Məhərrəm Əliyev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Məhərrəm Əliyevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: