Prezident İlham Əliyev dekabrın 3-də Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin".