Prezident İlham Əliyev dekabrın 4-də Əhməd Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".