Şamaxıda "ASAN Həyat" kompleksinin açılışı olub Prezident İlham Əliyev açılışda iştirak edib - YENİLƏNİB - FOTOLAR

459

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: