Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada lift təsərrüfatı xidmətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin əsasında “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".