Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN

A- A A+

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib.

NUHÇIXAN xəbər verir ki, həmin sessiyada Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi də təsdiq edilib.

Fondun büdcəsinin gəlirləri 93 milyon 650 min manat, xərcləri isə 178 milyon 650 min manat məbləğində müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə  Fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə  Fərman imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: