Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib.
NUHÇIXAN xəbər verir ki, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi təsdiq olunub.
Fondun büdcəsinin gəlir və xərcləri 2 milyon 450 min manat məbləğində müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.