Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: