Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 26-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə:
Bayramov Faiq Rafiq oğlu
Məmmədov Fikrət Binnət oğlu
Səfərov Ramazan Səhrəd oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;
Allahverdiyev Allahverdi Sabir oğlu
Həsənov Hümbət Yusif oğlu
İsmayılov Bəhruz Vaqif oğlu
Kərimov Ziyad Aydın oğlu
Zeynalov Qafar Sadıq oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".