Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir - FOTOLAR
Ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublika sakinlərinin birlik və həmrəyliyini möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına əminlik yaradır.
NUHÇIXAN xəbər verir ki, yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilmiş, muxtar respublikada fəaliyyət göstərən 26 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Uşaqlardan Məhərrəm Əliyev və Afaq Məmmədli ulu öndərimizə, Naxçıvana həsr olunan şeirlər söyləyiblər.
Şəhər sakini Sabirə Həsənəliyeva Ali Məclis Sədrinin bayramını təbrik edib.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilib.