Prezident İlham Əliyev yanvarın 13-də Vasif Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü-60 illik yubileyidir.